📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Ev İranın Amerika rəsmilərinə qarşı terror planları ilə bağlı xəbərdarlıq edib

2022-08-11 15:39:00

Ağ Ev İranın Amerika rəsmilərinə qarşı terror planları ilə bağlı xəbərdarlıq edib

Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sallivan ölkəsinin rəsmilərinə qarşı terror aktı planlaşdıran İran hökumətinə xəbərdarlıq edib.
Amerika rəsmisi İran rejiminin Con Boltona qarşı sui-qəsd planına cavab olaraq bildirib ki, Bayden hökuməti Amerika vətəndaşlarını müdafiə etmək cəhdlərinə davam edəcək.
"Əgər İran Amerika vətəndaşlarına, o cümlədən hazırda dövlət işçisi olanlara və bu ölkənin keçmiş rəsmilərinə hücum təşkil etsə, ağır nəticələrlə üzləşəcək", - deyə Sallivan vurğulayıb.
Qeyd edək ki, "Axios" saytının məlumatına görə, Amerikanın Ədliyyə Nazirliyi Pompeoya onun Con Boltondan sonra İranın sui-qəsd hədəfində olan ikinci şəxs olması barədə birbaşa xəbərdarlıq edib.

Ülviyyə, Hurriyyet.az