📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Ev rəhbəri Putinlə görüşü ilə bağlı tarix açıqladı

2025-02-19 11:23:30

Ağ Ev rəhbəri Putinlə görüşü ilə bağlı tarix açıqladı

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir.

Hurriyyet.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.

APA