Ağ Ev: tanklar Ukraynaya öz ərazisini, o cümlədən Krımı azad etməyə kömək edəcək
Co Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinə tankların tədarükü Ukraynaya öz ərazisini azad etmək və Rusiya ordusunun gələcək hücumundan qorunmaq üçün nəzərdə tutulub.
“Biz Ukrayna Silahlı Qüvvələrini həm Rusiyanın hücumundan müdafiə etmək üçün vasitələrlə təmin etmək istəyirik, çünki Putin və Rusiya hərbçiləri hava yaxşılaşdıqca bir neçə həftə və ya ay ərzində hücum təşkil etməyə çalışacaqlar. Həm də ki, ukraynalıların öz suveren ərazilərini geri qaytara bilməsi üçün kömək edirik”, deyə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.
Jurnalistlərin Krımın bu məsələyə aid olub-olmaması ilə bağlı sualına rəsmi cavab olaraq ABŞ rəsmisi belə cavab verib: "Krım Ukraynadır. Biz Krımın qeyri-qanuni ilhaqını heç vaxt tanımamışıq. Ukraynalılar hara hücum etmək istəyirlər və öz ərazilərində necə əməliyyat keçirmək istəyirlər, bu onların qərarıdır”.
Ülviyyə, Hurriyyet.az