📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Evdən Ukrayna ilə bağlı narahatedici açıqlama - ABŞ silah göndərmək imkanını itirəcək

2023-12-12 23:57:00

Ağ Evdən Ukrayna ilə bağlı narahatedici açıqlama - ABŞ silah göndərmək imkanını itirəcək

Gələn ilin yanvarından ABŞ Konqresi bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası Ukraynaya yeni silah paketləri göndərmək imkanını itirəcək.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonda "The Wall Street Journal"ın təşkil etdiyi forumda deyib.

Onun sözlərinə görə, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək: “Beləliklə, yanvar ayından etibarən bizim artıq Ukraynaya silah göndərmək və sonra öz ehtiyatlarımızı artırmaq üçün vəsaitimiz olmayacaq”. \\Ölkə.az