📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Evə inam itir, BƏƏ Ankaraya yaxınlaşır

2021-08-23 11:26:00

Ağ Evə inam itir, BƏƏ Ankaraya yaxınlaşır

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan uzaqlaşaraq Ankaraya yaxınlaşmağa başlayır.

HURRİYYET.az xəbər verir ki, bu barədə Türkiyə mediasında BƏƏ-nin Milli Təhlükəsizlik katibi Şeys Tahnon Ben Zayed ən-Nahyanın Türkiyəyə səfəri ilə bağlı yayımlanan məqalədə deyilir.

“Əbu Dabinin əski strateji ortaqları ABŞ və Səudiyyə Ərəbistanı ilə problemləri var. Ağ Evə olan inam əvvəlki kimi deyil. Ər-Riyad ilə olan münasibətlər getdikcə çətinləşir. Yəməndə rəqabət dərinləşir. Bütün bunlar BƏƏ-ni Ankara ilə yaxınlaşmağa vadar edir”, - deyə yazıda bildirilir.