📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ tükü qoparanda onların sayı çoxalırmı? - Həkim aydınlıq gətirdi - VİDEO

2024-01-08 20:36:22

Ağ tükü qoparanda onların sayı çoxalırmı? - Həkim aydınlıq gətirdi - VİDEO

“Saçınızda ağ tük varsa, onu heç vaxt qoparmayın. Əgər qoparsanız, saçlarınız daha tez ağaracaq”. Bu cümlə hər birimizə tanışdır. Bəs bu fikir nə qədər doğrudur?

Hurriyyet.az xəbər verir ki, məsələyə dermatoloq Anar Mahmudov  SƏHİYYƏ TV-də yayımlanan “Sağlam Səhhət” proqramında aydınlıq gətirib.

Həkim bildirib ki, bu fikirlər tamamilə mifdir:

“Ağ tükün qoparılmasının və ya saxlanılmasının heç bir əhəmiyyəti yoxdur. Onu qoparmaq ağarmanı sürətləndirən bir proses deyil. Eyni zamanda bildirim ki, ağarmanı aradan qaldıran effektli bir müalicə metodu da yoxdur”.

Daha ətraflı videodan izləyin: