📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağabala Ramazanov "Səbail" ilə yollarını ayırıb

2024-06-04 22:26:47

Ağabala Ramazanov

Hurriyyet.az

"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb.

Hürriyyet.az Report-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.