📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər təsdiq olunub, sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

2024-06-30 16:50:26

Ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər təsdiq olunub, sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Hürriyyət.az xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.