📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağcabədidə tütün və içki oğrusu həbs olundu

2024-06-26 08:52:45

Ağcabədidə  tütün və içki  oğrusu həbs olundu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

O, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə  barəsində həbs qətimkan tədbiri seçilib.