Ağcabədidə 35 yaşlı kişi şadlıq sarayında öldü
2026-04-12 22:00:10
Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.
Hurriyyet.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Hindarx qəsəbəsində baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Samir Vidadi oğlu Nəcəfovun məclis zamanı qəfil halı pisləşib.
O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.