Ağcabədidə DƏHŞƏTLİ QƏZA: "Lada Priora" iki yerə bölündü - Ölən var - FOTO
2023-09-30 21:45:56
Ağcəbədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hurriyyet.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 32-BE-883 Dövlət qeydiyyat nişanlı "LADA PRİORA" markalı minik avtomobili digər minik avtomobili toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Şəmkir rayon Seyfəli kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və əlavə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:









