Ağcaqanadlar hansı qan qrupuna üstünlük verirlər?
2023-06-23 19:04:00
Hurriyyet.az xəbər “Yeni Akit” nəşrinə istinadla verir ki, Yaponiyada aparılan araşdırmalar nəticəsində ağcaqanadların öz “ovlarını” seçərkən hansı qan qruplarına üstünlük verdikləri aşkar olunub.
Tədqiqatın nəticəsinə görə, ağcaqanadlar I qan qrupunda olanları II qrupda olanlara nisbətən iki dəfə çox sancırlar.
Ümumilikdə ağcaqanadların zövqünə görə, birinci yerdə I(O), ikinci yerdə III(B), üçüncü yerdə II(A), dördüncü yerdə isə IV(AB) qan qrupuna məxsus insanlar gəlir.
Yapon alimlərinin araşdırmasına görə, ağcaqanadlar öz ovlarını seçərkən daha çox tünd rəngli geyimlərə diqqət edirlər.
Hürr Tərcüman