📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA

2022-05-23 13:24:00

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA

Ağdamdan Şuşaya Əsgərandan keçməklə yeni avtomobil yolunun inşası planlaşdırılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "APA-Economics"ə müsahibəsində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın məlumat verib.

Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin "Kolin İnşaat" şirkəti həyata keçirəcək. "Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb" - deyə Cemal Yanğın əlavə edib

Qeyd edək ki, "Kolin İnşaat" işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.