📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda məktəbli sahibsiz itlərin hücumuna məruz qaldı

2026-11-21 19:37:59

Ağdamda məktəbli sahibsiz itlərin hücumuna məruz qaldı

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.

Hurriyyet.net xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Səs-küyə gələn yaxınlıqda yaşayan sakinlər qızı itlərin hücumundan xilas ediblər.

Hadisə nəticəsində məktəbli qız ayağından xəsarət alıb.