📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda mina partlayışı: İki nəfər həlak oldu

2023-03-16 14:36:00

Ağdamda mina partlayışı: İki nəfər həlak oldu

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.