📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır - VİDEO

2026-10-05 12:41:03

Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır - VİDEO

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.

Hurriyyet.net bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.

Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək.