📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdaşda DƏHŞƏTLİ qəza: 2 ÖLÜ, xeyli sayda YARALI VAR

2024-01-19 22:09:04

Ağdaşda DƏHŞƏTLİ qəza: 2 ÖLÜ, xeyli sayda YARALI VAR

Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.