📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdaşda FACİƏ: Dərsdən qayıdan şagird kanalda BATDI

2024-12-12 09:54:30

Ağdaşda FACİƏ: Dərsdən qayıdan şagird kanalda BATDI

Ağdaşda şagird su kanalında batıb.

Hurriyyet.az xəbər verir ki, hadisə Şirvan Suvarma kanalının Qoşaqovaq kəndindən keçən hissəsində baş verib.

14 yaşlı Zakirli Vüqar Nurlan oğlu dərsdən qayıdarkən həmin kanalda əlini yumaq istəyib. Lakin müvazinətini itirərək yıxılıb və suda batıb.

Hazırda onun tapılması üçün axtarış işləri aparılır.

Lent.az