📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdərə, Xocalı, Xocavənd rayonları Azərbaycana verilir? - Məşhur xəbər agentliyindən ŞOK MƏLUMAT / FOTO

2021-09-28 20:09:00

Ağdərə, Xocalı, Xocavənd rayonları Azərbaycana verilir? - Məşhur xəbər agentliyindən ŞOK MƏLUMAT / FOTO

 

“Ermənistan hakimiyyəti demarkasiya və delimitasiya haqqında yeni razılaşma imzalamağa hazırlaşır”.

 

Bunu “Telegram” kanalında Ermənistanın “Orbeli” mərkəzinin keçmiş eksperti, erməni şərqşünas, Ermənistandan deportasiya edilmiş Qazaxıstan vətəndaşı Andranik Hovhannisyan yazıb. O Rusiyanın “RBK” xəbər agentliyinin yayımladığı xəritəyə münasibət bildirərkən qeyd edib ki, bununla erməni tərəfi birtərəfli ərazi güzəştlərinə getmiş olacaqdır.

 

“Xüsusən, bu xəritəyə görə, erməni tərəfi Ağdərə, Xocalı, Xocavənd rayonlarını Azərbaycana verir”deyə o bildirib. Qeyd edək ki, Rusiyanın “RBK” xəbər agentliyi Ağdərə, Xocalı, Xocavənd rayonlarını Azərbaycana aid olması ilə bağlı xəritə yayımlasa da , daha sonra onu silib. \\Kanal.az