Ağdərədə atəşkəs pozulub-Rusiya MN
2023-05-03 09:00:00
Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin bir dəfə pozulması faktını qeydə alıblar.
Hurriyyet.az bildirir ki, hadisə Ağdərə rayonunda baş verib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2 may tarixli məlumat bülleteninə əsasən, itki yoxdur.
Rusiya hərbi komandanlığı Ermənistan (??-M.) və Azərbaycan tərəfləri ilə birlikdə faktla bağlı araşdırma aparıldığını açıqlayıb.