📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

2026-02-17 22:13:56

Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Modern.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi aşkar edilib.

Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.

Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.