📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdərədə nə baş verir? - Gürciyan açıqladı

2023-09-25 16:44:33

Ağdərədə nə baş verir? - Gürciyan açıqladı

Ağdərədəki birliklər tamamilə təslim olub, şəhər bomboşdur.

Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin Ağdərəyə təyin etdiyi “mer” Mişa Gürciyan deyib.

“Şəhər tamamilə boşdur. Sakinləri daşıyan son maşın dünən şəhəri tərk edərək Xankəndiyə yollandı. Artıq çatıblar”, - o bildirib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə hərbçimizin keçmiş Ağdərə şəhərinin girişinə Azərbaycan bayrağını asmasını əks etdirən görüntülər yayılmışdı.