📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdərədə partlaşı səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

2026-03-31 16:24:12

Ağdərədə partlaşı səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

31 mart - 3 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.