📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Agentura şəbəkəsinin ifşası Fransaya böyük zərbə oldu - Açıqlama

2024-01-09 17:26:30

Agentura şəbəkəsinin ifşası Fransaya böyük zərbə oldu - Açıqlama

"Azərbaycan təhlükəsizlik orqanlarının Fransanın diplomatik pərdə altında işləyən iki kəşfiyyatçısını müəyyən etməsi, onların Ukrayna, Gürcüstan, Moldova və Şərqi Avropada agentura şəbəkəsinin ifşa olunması çox böyük zərbə oldu. Bu zərbədən sonra Makron Xarici Kəşfiyyat İdarəsinin rəisini dəyişdi və baş naziri istefaya göndərdi. Əslində onun özü istefaya getməli idi. Çünki apardığı yanlış siyasət nəticəsində Fransanın dünyada mövqeyi getdikcə zəifləyir və nüfuzu aşağı düşür. Halbuki Fransa böyük dövlətlərdən biridir. Lakin Makronun dövründə Fransa bütün mövqelərini itirməkdə davam edir”.

Hurriyyet.az xəbər verir ki, bunu bakupost.az -a politoloq Elşad Həsənov bildirib.

Onun dediyinə görə, Azərbaycanın apardığı düzgün siyasət nəticəsində Fransanın müstəmləkəçiliyi ifşa olunur. Ona görə Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir.

E.Həsənov qeyd edib ki, antiterror tədbirlərindən sonra Fransa Azərbaycana qarşı kəskin bəyanatlar verir:

"Xüsusilə Makron həqiqətə uyğun olmayan çıxışlar edir. Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən dövlətdir".