📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” - Binəli Yıldırım

2022-10-27 13:44:00

“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” - Binəli Yıldırım

Xəbər verdiyimiz kimi, oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.

Hurriyyet.az-ın məlumatına görə, siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:

“Avtomobil bir neçə dəfə aşdı, ağır qəza keçirdik. Hadisə nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. İki dəfə əməliyyat olundum.

Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. İki qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılaşacaq.  

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”. (qafqazinfo)