📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AĞIR QƏZA: ölən və xəsarət alanlar var

2026-08-23 10:38:46

AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hurriyyet.media  APA-ya istinadla xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir.

Goranboy-Naftalan yolunda baş verən zəncirvari yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.