📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

2026-09-21 16:11:10

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media  Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında “Rizvan” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

15-BU-070 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı elektrik transformatoruna çırpılıb. Zərbənin təsirindən maşının arxa hissəsi havaya qalxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.