📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı

2023-07-07 00:03:00

Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.

Federasiyadan Hurriyyet.Az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.