📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada DƏŞHƏTLİ HADİSƏ - Sərnişin 2 avtomobil arasında qaldı

2023-06-15 22:01:00

Ağstafada DƏŞHƏTLİ HADİSƏ - Sərnişin 2 avtomobil arasında qaldı

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov "VAZ" markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.