📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada hərbçilər dəm qazından zəhərləndi

2025-02-05 09:26:25

Ağstafada hərbçilər dəm qazından zəhərləndi

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

Hurriyyet.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.

3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.

Onların hərbçi olduğu bildirilir.

Fakt araşdırılır.

Unikal.az