📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada kişi atasının silahı ilə özünü öldürdü

2022-08-06 13:30:00

Ağstafada kişi atasının silahı ilə özünü öldürdü

Ağstafada intihar hadisəsi baş verib.

Hurriyyet.az-ın məlumatına görə, hadisə rayonun Köçvəlili kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib.

Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb.

Faktla bağlı araşdırmalar aparılır.

İntiharın səbəbi hələlik məlum deyil.