📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada kişi meyiti aşkarlanıb

2026-08-11 12:52:56

Ağstafada kişi meyiti aşkarlanıb

Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.

Hurriyyet.Media -ın məlumatına görə meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.