📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb

2026-09-19 21:13:52

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.