📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağstafada yol qəzası olub, ölən və yaralananlar var

2021-12-16 22:41:00

Ağstafada yol qəzası olub, ölən və yaralananlar var

Ağstafa rayonunda yol qəzası baş verib.

Hadisə Ağstafa-Sadıqlı avtomobil yolunun Poylu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2002-ci il təvəllüdlü Nicad Tağıyev dünyasını dəyişib. Onun sürücü olduğu bildirilir. Daha iki nəfər - 2001-ci il təvəllüdlü Cavid Anar oğlu İbrahimov və 2001-ci il təvəllüdlü Tələt Araz oğlu Budaqov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Report