📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda dağlıq ərazidə yanğın başladı

2023-08-22 17:26:10

Ağsuda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Hurriyyet.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.