📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda məktəbdə faciəvi ölüm

2022-01-12 09:44:00

Ağsuda məktəbdə faciəvi ölüm

Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.

Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub. 

Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.