📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib - Saxlanılan var

2026-04-06 12:16:10

Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib - Saxlanılan var

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində məktəblərdən birinin idman meydançasında qeydə alınıb. Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.