📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

2026-01-15 12:23:58

Ağsuda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə  36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.