📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda qəza - Sürücü yaralandı, arvadı öldü

2026-11-28 12:05:39

Ağsuda qəza - Sürücü yaralandı, arvadı öldü

Ötən gün Ağsuda yol qəzası baş verib. 

Hurriyyet.net  xəbər verir ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. 

Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb. 

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.//Qafqazinfo