📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağsuda silahlı hücum: Polis şübhəli şəxsi saxlayıb

2024-05-31 21:12:46

Ağsuda silahlı hücum: Polis şübhəli şəxsi saxlayıb

Mayın 31-də saat 19 radələrində Ağsu rayonunda 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb. ///Ulusum.az