📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aİ-95” markalı benzin niyə "yoxa çıxıb"? - AÇIQLAMA

2022-05-31 13:38:00

“Aİ-95” markalı benzin niyə

Son günlər vətəndaşlar “Aİ-95” premium markalı benzinin tapılmamasından şikayətçidirlər.

Bununla bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir.

Bildirilir ki, “Aİ-95” markalı benzin SOCAR-dan “yoxa çıxıb”, tapılmır.

Bəzi sürücülər isə bunu yenidən qiymətin bahalaşacağı ilə əlaqələndirirlər.

“Gün ərzində bir neçə SOCAR yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Amma heç birində “Aİ-95” tapılmadı. Deyəsən, yenə qiyməti qaldıracaqlar”.

Bütün bu iddialarla bağlı SOCAR-la əlaqə saxladıq.

Hurriyyet.az xəbər verir ki, şirkətdən Bakupost.az -a yayılan məlumatların əsassız olduğunu bildirdilər.

“İddilar doğru deyil, hazırda belə bir problem yoxdur. Premium markalı benzin xaricdən gəlir. “Aİ-95” 2-3 saat, ən çoxu 1 gün olmaya bilər. Amma günlərlə benzinin “yoxa çıxması”, tapılmaması mümkünsüzdür”.