📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ bu gün Ukrayna ilə bağlı bəyanat verəcək

2024-06-07 11:24:07

Aİ bu gün Ukrayna ilə bağlı bəyanat verəcək

Hurriyyet.az xəbər verir ki, Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması barəsində danışıqlara iyun ayında başlanılmasını tövsiyə edəcək. Bu barədə "Financial Times" (FT) nəşri məlumat verib. Nəşrə məlumat verən mənbələrin informasiyasına görə, Aİ bununla Macarıstanın Avropa İttifaqına sədrliyi başlanmazdan əvvəl Kiyevə dəstəyini nümayiş etdirmək istəyir. Qurum iyunun 7-də Ukraynanın artıq ittifaqa daxil olmaq üçün bütün zəruri meyarlara uyğun gəldiyini bəyan edəcək. Bu meyarlara antikorrupsiya tədbirləri, siyasi lobbiçilik məhdudiyyətləri, dövlət qulluqçularının vəsaitlərinin bəyanı, milli azlıqların dillərinin qorunması da daxildir.
Hürr Tərcüman