Aİ-dən Ermənistana BÖYÜK JEST: Moskvaya qarşı CAVAB ADDIMI
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistana iki il müddətinə kənd təsərrüfatı və spirtli içki məhsullarının satışı üzrə xüsusi "ticarət güzəştləri" tətbiq edəcək.
Hurriyyet.net xəbər verir ki, Avropa Komissiyasının rəsmi saytında yer alan məlumata görə, sözügedən güzəştlər Ermənistanın Aİ ölkələrinə ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 80 faizini, spirtli içkilərin isə 91 faizini əhatə edəcək.
Rəsmi Brüsselin açıqlamasında bildirilir ki, meyvə, tərəvəz və çiçək tədarükünə də şamil olunacaq bu addım Moskvanın son zamanlar İrəvana qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərinə cavab mahiyyəti daşıyır.
Həmçinin vurğulanıb ki, bu qərar Aİ-nin Ermənistana dəstək məqsədilə hazırladığı daha geniş tədbirlər paketinin tərkib hissəsidir.