📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ-dən Gürcüstan və Moldova ilə bağlı gözlənilməz açıqlama

2023-11-24 11:15:22

Aİ-dən Gürcüstan və Moldova ilə bağlı gözlənilməz açıqlama

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Gürcüstan və Moldovanın birliyə üzvlüyü ilə bağlı gözlənilməz açıqlama verib.

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi təmsilçisi Peter Stano bildirib ki, Avropa İttifaqı Gürcüstan ilə Moldovanın birliyə qismən, Dnestryanı ərazilər, Abxaziya və Cənubi Osetiya olmadan qəbul edilməsi imkanını nəzərdən keçirə bilər.

Peter Stano deyib: “Gürcüstan ilə Moldovanın Avropadakı gələcəyi münaqişələrin girovuna çevrilə biləz. Bu, Avropa İttifaqının ən yüksək səviyyəsində təsdiqlənib”. O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Hürr Tərcüman