Aİ-dən Rusiyanın neft sektoruna AĞIR ZƏRBƏ
Avropa İttifaqı Rusiyanın bir sıra neft emalı zavodlarına və neft sektorunda fəaliyyət göstərən müəssisələrinə qarşı yeni məhdudiyyətlər tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq məlumat Aİ-nin rəsmi onlayn jurnalında dərc olunub.
Sanksiya siyahısına “Qazprom Neftexim Salavat”, “Kirişinefteorqsintez”, “Qazpromneft-Moskva Neft Emalı Zavodu”, “Qazpromneft-Omsk Neft Emalı Zavodu”, “Xabarovsk Neft Emalı Zavodu”, “NNK-Xabarovsk Neft Emalı Zavodu”, “Orsknefteorqsintez”, “İlski Neft Emalı Zavodu”, “Novoşaxtinski Neft Emalı Zavodu” və Saratov Neft Emalı Zavodu daxil edilib.
Bundan başqa, məhdudiyyətlər “Balçuq-Petroleum”, “Peterburq Neft Terminalı”, “NNK-Severnaya Neft”, “NNK-Saxalinmornefteqaz” və “NNK-Oil” şirkətlərinə də şamil olunub.