📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ-dən Ukraynaya 4,1 milyard avroluq DƏSTƏK

2024-12-09 23:16:14

Aİ-dən Ukraynaya 4,1 milyard avroluq DƏSTƏK

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 4,1 milyard avro maliyyə yardımı göndərilməsini təsdiqləyib.

Aİ-nin açıqlamasına görə, bu yardım, 2027-ci ilə qədər nəzərdə tutulan 50 milyard avroluq mali dəstək paketinin ikinci ödənişi kimi qəbul edilib.

Bəyanatda Ukraynanın makro-mali sabitliyini və dövlət idarəçiliyinin işini dəstəkləmək məqsədinin vurğulandığı, həmçinin ölkənin nəzərdə tutulan şərt və islahatları yerinə yetirdiyi qeyd edilib. \\Redaktor.az