Aİ ermənilərə milyonlarla avro həcmində maliyyə dəstəyi ayırıb
2023-10-31 17:05:29
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu rejimin süqutundan sonra bölgəni tərk eləmiş ermənilərə əlavə olaraq, 1,7 milyon avro yardım ayırıb. Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir: “Bu maliyyə vəsaiti artıq Avropa Komissiyasının həmin böhranla bağlı ayırdığı 10,45 milyon avro vəsaitə əlavədir”. Bununla da Aİ-nin Qarabağdakı keçmiş separatçı rejimin rəhbərliyi altında yaşamış şəxslərə ayırdığı ümumi vəsait 2023-cü il ərzində 12 milyon avrodan artıq olur.
Hürr Tərcüman