📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Ermənistana missiya göndərir: “Cənubi Qafqazda yeni səhifə açırıq”

2023-01-23 18:45:00

Aİ Ermənistana missiya göndərir: “Cənubi Qafqazda yeni səhifə açırıq”

Qərar verildi

Hurriyyet.az xəbər verir ki, bu gün Avropa İttifaqının Ermənistana uzun müddətli mülki missiya göndərmək planı təsdiqlənib. Avropa İttifaqının Şurası buna razılıq verib.

Avropa diplomatiyasının başçısı Jozep Borrel bildirib ki, Ermənistanda Avropa missiyasının yaradılması “Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələ açır”.

Xəbər verdiyimiz kimi, yanvarın 17-də “Azadlıq Radiosu”nun erməni xidməti anonim mənbələrə istinadla Avropa İttifaqının bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcəyini bildirmişdi. İddiaya görə, bu dəfəki missiya 2 ay deyil, ən azı 2 il fəaliyyət göstərəcək. Xəbərdə bildirilirdi ki, bu layihə ötən həftə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsində qəbul edilib, ardından müşahidə missiyaları ilə məşğul olan baş idarə tərəfindən təsdiqlənib. Ötən səfər Ermənistan-Azərbaycan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu səfərki Avropa missiyasının müşahidəçiləri bütün Ermənistan ərazisində patrulluq edəcəklər. Ötən dəfəki qrup kimi, bu dəfəki qrupun üzvləri də silahsız olacaqlar.

Dəqiq rəsmi açıqlama verilməsə də, mətbuatda gedən xəbərlərə görə, növbəti missiyasının heyətində 200 nəfərə yaxın avropalı ekspert olacaq.

Hürr Tərcüman