Aİ Ermənistanla bağlı iki qərar verəcək
2024-07-17 18:15:59
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurası Ermənistan üçün viza rejiminin liberallaşdırılması məsələsini xarici işlərlə bağlı keçirəcəyi 22 iyul tarixli iclasda müzakirəyə çıxaracaq.
Bu barədə Ermənistan parlamentinin Avropa İnteqrasiyası Komissiyasının başçısı Arman Yeqoyan məlumat verib.
Yeqoyan "Feysbuk" səhifəsində yazıb: "Aİ Xarici Əlaqələr Şurasının iyulun 22-də keçiriləcək xarici əlaqələr iclasının gündəliyinə Ermənistan üçün viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, eləcə də Avropanın sülh aləti vasitəsilə Ermənistana dəstək göstərilməsi məsələləri daxildir. Bu iki bənd üzrə qərarlar eyni gündə veriləcək".
Hürr Tərcüman