📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aİ Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara razılıq verib

2024-07-18 10:38:22

Aİ Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara razılıq verib

Avropa İttifaqı iyulun 17-də bütün üzv ölkələrin səfirləri səviyyəsində Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq verib.   

Bu barədə məlumatı Brüsseldən AzadlıqRadiosunun Avropa müxbiri Rikard Jozviyak verib. Jozviyak deyib ki, bundan sonra illərlə davam edə biləcək proses başlanacaq.   

Avropa İttifaqı bənzər danışıqları Moldova 3-4, Gürcüstanla 5, Ukrayna ilə 9 il aparıb. Türkiyə artıq 10 ildir ki, danışıqların davam etdirilməsini gözləyir.

Ülviyyə, Hurriyyet.az